Haqqımızda

Biz Kimik?

2010-ci ildə əsası qoyulmuş “Texnokom-1” MMC çoxşaxəli İT xidmətlərini bir ünvanda birləşdirməklə müştərilərə unikal xidmət təqdim edən aparıcı informasiya və kommunikasiya şirkətidir. Biz İKT-nin gücündən yararlanaraq və Azərbaycan bazarında mövcud 15 ilik təcrübəmizdən çıxış edərək cəmiyyətimizin rəqəmsal gələcəyini müştərilərimizlə birgə formalaşdırırıq. İKT sahəsi günü gündən yenilənən innovasiyalarla zənginləşən perspektivli sahələrdən biridir, bu sahənin miqyası getdikcə rəqəmsallaşan və avtomatlaşan biznes və fərdi mühitin tələbatları sayəsində durmadan artım göstərməkdədir.

Şirkətin əsas xidmət fəaliyyəti parklanma sistemləri, şlaqbaum, turniket, avtomatik qapılar, giriş-çıxış nəzarət sistemləri,mərkəzdən və uzaqdan idarə sistemləri,İT Autsoursinq ,kamera nəzarəti və digər nəzarət sistemləri avadanlıqları, WEB, Mobil, Desktop proqramlaşdırma, Bulud texnologiyaları ilə mövcud sistemlər arasında integrasiya təmin olunması, Konsultasiya,Server mühitinin formalaşdırılması,Datancenterlər üçün fasiləsiz enerji mühitinin təşkili və qurulması, Mini ATS-lərin və İP telefonların quraşdırılması, şəbəkə infrastrukturunun təşkili və quraşdırılması, İnternet və İntranet, daxili və magistral şəbəkələrin quraşdırılması, otel və istirahət məkanlarında WİFİ zonanın yaradılması, İT məhsullarının satışı,təmiri kimi və digər İT xidmətlərini əhatə edir.


Biz də Texnokom-1 şirkəti olaraq öz komandamızla bu sistemlərin və texnologiyaların öz cəmiyyətimizdə də yayğınlaşmasını və inteqrasiyasını təmin etmək məqsədi ilə öz missiyamızı həyata keçirməyə çalışırıq.